Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞURA İCLASI KEÇİRİLDİ

0


  • İyul ayının 15-də Xocalı rayon İH-nin başçısı yanında şura iclası
    keçirildi. İclas aşağıdakı məsələləri müzakirə etdi.

    1. İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
    sədrliyi il Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisad
    inkişafını yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası haqqında
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Ş.Ş.Usubov.



    Çıxış edənlər:



    Başçının aqrar məsələlər üzrə müavini Y.Salahov.

    Əhalinin sosial müdafiə mərkəzinin direktoru İ.Həsənov.

    2. Rayonun 2015-ci il yerli büdcəsinin proqnoz rəqəmlərinin işləməsinin
    vəziyyəti haqqında.

    Rayon maliyyə şöbəsinin müdiri İ.Əliyev.

    3. Lerik rayon İcra Hakimiyətində "Dövlət Hakimiyyəti Orqanlarının
    Yerli Qurumlarından vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və
    sənədlərlə işin vəziyyətinin öyrənilməsi haqqında.

    Hüquq şöbəsinin məsləhətçisi A.Məmmədov.

    Rayon İH-nin başçısı Şahmar Usubov 2014-cü ilin I rübü ərzində
    respublikamızda və rayonumuzda olan iqtisadi göstəricilər və inkişaf dinamikası
    haqqında məruzə edərək geniş təhlil apardı. Məruzəçi ölkə Prezidenti İlham
    Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin göstərdiyi müsbət nəticələr
    haqqında danışdı və ölkəmizin inkişaf səviyyəsinin gündən-günə yüksəldiyini
    faktların dili ilə geniş şəkildə açıqladı.

    İH-nin başçısı cənab Şahmar Usubov xocalıların ölkə Prezidenti ilə
    həmişə həmrəy olduğunu qeyd edərək aparılan siyasət nəticəsində yurd-yuvamızın
    düşmənlərdən azad ediləcəyini də xüsusi vurğuladı. Verilən tapşırıqları layiqincə
    yerinə yetiriləcəyini bildirdi.

    Çıxış edənlər də qarşıda duran məsələlər ətrafında fikirlərini
    söylədilər. Ölkə Prezidenti İlham Əliyevə rayon İH-nin başçısı Şahmar Usubova
    minnətdarlıq hisslərini izhar etdilər.


    Müzakirə məsələlərə aid müvafiq qərarlar qəbul olundu.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib43 dəfə
    ŞURA İCLASI KEÇİRİLDİ

    Maraqlı gələ bilər
    59